Konferans

Konfrans haqqında

Qloballaşan dünyada süni intellekt cəmiyyət həyatının bütün-siyasi, iqtisadi, hərbi, geosiyasi, hüquqi, sosial, mədəni, mənəvi və s. sahələrinə nüfuz edir. Süni intellekt sahəsində alınan nəticələr qlobal əmək bölgüsünün köklü rekonfiqurasiyasına, texnoloji zəncirlərin yenidən qurulmasına və ümumilikdə dünya iqtisadi gücünün yenidən paylanmasına təsir göstərəcək. İnformasiya inqilabı müasir iqtisadi artımın əmək məhsuldarlığının artmasına təkan verən ən vacib drayveri olmaqla yanaşı, süni intellekt həm yeni imkanların, həm də yeni çağırışların mənbəyidir. Süni intellekt dövlət idarəçiliyində nəhəng məlumatların (Big Data) keyfiyyət təhlili əsasında real vaxt rejimində düzgün və çevik qərarların qəbuluna imkan verir.

Süni intellekt sahəsində aparılan tədqiqatlar kompüter elmləri, iqtisadiyyat, psixologiya, optimallaşdırma, məntiq və bir sıra başqa sahələri əhatə edir. Süni intellekt təbiət elmləri və mühəndislikdən başlayaraq, bir çox sahədə geniş şəkildə istifadə olunur. Bu sahə insanın sahib olduğu ən dəyərli mülkiyyəti olan intellektin maşınlar tərəfindən dəqiq şəkildə simulyasiya olunması məqsədilə yaradılıb və inkişaf etdirilir. Müasir dünyada kompüterlərin insan beyni kimi fəaliyyət göstərməsinə imkan verən süni intellektin mürəkkəb innovativ texnologiyası sosial həyatımızın müxtəlif sferalarına inteqrasiya edərək cəmiyyətin innovativ inkişafında mühüm rol oynayır.

Bu məqsədlə “Süni intellekt: nəzəriyyədən praktikaya” mövzusunda keçiriləcək konfrans Azərbaycanda süni intellektin inkişafına yönələn yeni tendensiyaların, elmi tədqiqatların aparılmasına təkan verəcək.

Konfrans 17-18 sentyabr 2024-cü il tarixində həm əyani, həm də video bağlantı formatda olacaqdır.

Konfrans Proqramı

Download PROCEEDING BOOK

Details about the Proceeding Book...

Mühüm məlumatlar

Konfransın yeri:

Naxçıvan Dövlət Universiteti

-Ödənişsiz iştirak
-Üz-üzə və online təqdimatlar
-Xülasə və tam məqalə nəşri
-İştirak sertifikatı

Qeydiyyat və mövzu adının göndərilməsi üçün son tarix:

01.09.2024

Tezis və ya tam mətin göndərmək üçün son tarix:

07.09.2024

Konfrans proqramının yayım tarixi:

12.09.2024

Konfransın keçirilmə tarixi:

17-18.09.2024

Konfrans kitabının yayım tarixi:

20.10.2024

Konfransın dili:

Azərbaycan, türk, ingilis dilləri