KONFRANSIN MƏQSƏDİ

Konfransın əsas məqsədi Süni intellekt sahəsində tədqiqatların əsas istiqamətlərinin öyrənilməsi, mühakimələrin modelləşdirilməsi, teoremlərin isbatı, qərarların qəbulu və onu dəstəkləyən intellektual sistemlər, təbii dilin emalı, bilik mühəndisliyi, ekspert sistemləri, maşın öyrənməsi, bioloji sistemlərin modelləşdirilməsi, neyron şəbəkələri, neyroşəbəkələrə əsaslanan tətbiqi sistemlərin işlənməsi, bio-“təsirlənmiş” alqoritmlər, obrazların tanınması, intellektual robotlar, maşın yaradıcılığı, qeyri-səlis məntiq və idarəetmə, evolyusiya metodları, Süni intellektin bütün fəaliyyət sahələrinə – sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika, energetika, telekommunikasiya, maliyyə sektoru, səhiyyə, ticarət, təhsil, tibb, psixologiya, elm, dövlət idarəetməsi və s. sahələrə təsirinin tədqiqi, süni intellekt sahəsində fundamental tətbiqi tədqiqatların aparılması – riyazi metodların istifadəsi ilə yeni süni intellekt alqoritmlərinin yaradılması, süni intellekt mühəndisliyinin inkişaf etdirilməsi – fundamental tətbiqi tədqiqatlar nəticəsində alınmış alqoritmlərin müxtəlif praktiki problemlərin həllinə tətbiqi, yeni proqram və texnoloji həllərin işlənməsi, verilənlər – verilənlərin toplanması, saxlanması, emalı və əlçatan edilməsi (alqoritmlərin öyrədilməsi üçün), kadr hazırlığı – süni intellekt sahəsində yüksək ixtisaslı elmi kadrların və mütəxəssislərin hazırlanması, yeni təhsil proqramlarının yaradılması və s.-dir.